"Prado" ilə yolu kəsən sürücülər saxlanıldı; DYP hər ikisini... - VİDEO - YENİLƏNİB

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, iyunun 26-da 90 RH 063 dövlət nömrə nişanlı, "Toyota" markalı avtomobilin sürücüsü Mehman Cəfərov və 90 LN 084 dövlət nömrə nişanlı, "Toyota" markalı avtomobilin sürücüsü Beyrək Vəliyev kənar dairəvi yol ilə hərəkətdə olarkən işıq cizahlarından düzgün istifadə etməyərək digər nəqliyyat vasitələrinə maneə yaradıblar. Bu barədə sosial şəbəkələrdə yayılmış görüntülər yol polisi tərəfindən araşdırılıb və sürücülər İdarəyə dəvət olunaraq barələrində İnzibati Xətalar Məcəlləsinin 329.3 və 327.1-ci maddələri ilə müvafiq qaydada barələrində protokol tərtib olunub.
Bakı dairəvi yolunda sürücülər arasında insident yaşanıb. Videgörüntünü qeydə alan sürücü Avtosfer.az">Avtosfer.az-a müraciət edərək qarşısını kəsən sürücülər barəsində ciddi tədbir görülməsini xahiş edib. Belə ki, videonu qeydə alan sürücü sözügedən yolda ötmə edən zaman arxadan gələn "Toyota Prado" markalı 90-RH-063 və 90-LN-085 qeydiyyat nişanlı avtomobillərin sürücüləri ona işıq siqnalı verərək tələsdirməyə başlayıblar: "Mən ötmə edən zaman onlar arxadan yol istəməyə başladı. Ötmə edib öz zolağıma qayıtdıqdan sonra hər iki "Toyota"nın sürücüsü qarşımı kəsərək məni dayandırmağa çalışdı. Onların maşınında bir neçə adam var idi. Mən maşını dayandırsaydım gəlib məni döyə bilərdilər. Ona görə də yolumu dəyişərək həmin sürücülərdən uzaqlaşmağa çalışdım".
Sürücü Daxili İşlər Naziriliyinin rəhbərliyindən həmin şəxslərin tapılıb məsuliyyətə cəlb edilməsini xahiş edir.
Təbriz
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












