Bakıda 10 zolaqlı yolda ölümlə "rəqs edən" kamikadze piyadalar - VİDEO - FOTO

Risk böyük cəsarət tələb edən işdir. Bu zaman bir çox amil mütləq nəzərə alınmalıdır. Lakin hər risk təqdirəlayiq deyil. Eynən bu yaşlı qadının etdiyi kimi.
Video bir neçə gün öncə Yusif Səfərov küçəsində çəkilib. Yaşlı qadın həyatını riskə ataraq Leyla Şıxlinskaya klinikası tərəfə keçmək istəyir və bu işə təxminən 3 dəqiqə sərf edir. Həm də özünün və sürücülərin həyatını riskə ataraq.
Bu ərazidə piyada keçidi olmadığı üçün insanlar həyatlarını təhlükəyə atırlar. Lakin çıxış yolu var: avtobusla qarşı tərəfə keçmək uzağı 5 dəqiqə çəkir və heç bir risk yaratmır. Hər addımbaşı piyada keçidinin qoyulması da özlüyündə məqbul addım deyil. Bu, ilk növbədə tıxacları intensivləşdirir və ekologiyaya zərər vurur.
Bəzən piyadaların keçid olduğu yerdə də özlərini riskə atığı görünür. 20 Yanvar dairəsində insanlar yeraltı keçiddən isifadə etmək yerinə çox vaxt avtomobil yoluna çıxırlar. Hətta dəmir məhəccər də bunun qarşısını ala bilmir. Məhəccərin üstündən yolla tullananlar az deyil. Görüntüləri təqdim edirik:
Vüqar Yaşaroğlu
Svetofora baxmayan sürücü qırmızı işıqda keçdi - VİDEO
Təcili yardım maşınlarının sürücüləri təlimlərə cəlb edilməlidir – ELMƏDDİN MURADLI
Baş yoldakı maşını gözləməyən avtobus sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Kəmər taxmağı özünə ayıb bilən müğənni telefon əlində maşın sürdü - VİDEO
Dəfələrlə gözüyumulu ötmə edən sürücü piyadaya da təhlükə yaratdı - VİDEO
Abşeronda yol polisi reyd keçirdi; sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Xaçmazda toy karvanında "avtoş"luq edən sürücü həbs edildi - FOTO
Maşınını enli səkidə park edib piyadalara yer qoymadı - 77-RD-610 - FOTO
Tanınmış bloger atasına yazılmış cəriməyə görə DYP-yə təşəkkür etdi - VİDEO
Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib - VİDEO
Sürücüyə qayda pozmağı öyrədən təlimçi xanım özünü ifşa etdi - VİDEO















