Bakıda qanuna tabe olmayan "avtoş" hamıya meydan oxudu - VİDEO

Soruşsan yenə “tələsirdim” deyən sürücülərdən biri “ara işləyərək” mənzil başına çatmağa çalışıb. Amma unutmaq lazım deyil ki, bu cür idarəetmə onu son mənzilə də apara bilərdi.
Avtosfer.az bildirir ki, Bakının Ziya Bünyadov prospektində qaydaları kobud şəkildə pozan sürücü bu hərəkətini kameraya çəkərək sosial şəbəkədə qururla paylaşıb. Yüksək sürətlə avtomobilləri sağdan və soldan ötüb keçən sürücü həm özü, həm də digər sürücülər üçün təhlükəli şərait yaradıb.
Qeyd edək ki, qanunvericilikdə ictimai qaydanı və əhalinin dincliyini pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarını davamlı olaraq pozan sürücülər avtoxuliqan hesab edilir. Bu hərəkətləri edən sürücünü nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə gözləyir. Hətta bu hal 15gündən 1 ilədək həbs olunma ilədə də nəticələnə bilər.
Aysel
Masazır dairəsində "ağıllı" sürücülərə görə hərəkətin təşkili dəyişdirilməlidir - VİDEO
Balaxanı-Mehdiabad yolunda təhlükəli ötmə sürücünü çıxılmaz vəziyyətə saldı - VİDEO
Bir maşın qabağa keçmək üçün kobud qayda pozdu - 77-PB-096 - VİDEO
Yolu kəsən sürücü sonra da özünü haqlı çıxarmağa çalışdı - VİDEO
Qəza şəraiti yaradan sürücü hərəkət zamanı qapını açıb qışqırdı - VİDEO
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO











