Bakıda sərxoş vəziyyətdə "avtoşluq" edən MƏMUR HƏBS EDİLDİ - FOTO

Bakıda sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü həbs edilib. Avtosfer.az xəbər verir ki, Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan 77-CL-059 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsünü saxlayıb. Sürücü Qurbanov İlqar Xəlil oğlu saxlanılarkən sərxoş vəziyyətdə olub, lakin sərxoşluq müyinəsindən imtina edərək polisin qanuni tələblərinə tabe olmayıb.
Bu səbəbdən əraziyə gələn Post Patrul Xidməti əməkdaşlarının köməyi ilə sürücü tibbi müayinəyə aparılıb. Həkim müayinəsi zamanı onun sərxoş olması üzə çıxıb.
Sürücü İlqar Qurbanov barəsində toplanılmış materiallar aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 7 gün müddətinə inzibati qaydada həbs edilib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həbs edilən Qurbanov İlqar Xəlil oğlu, Dövlət Neft Şirkəti H.Əliyev adına Neft Emalı Zavodunun, Xam neftin emalı üzrə 2 nömrəli istehsalatın rəis müavini vəzifəsində çalışır.
Nərminə Əli
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT
Qoşa xətdən ötmə edən sürücü maşının önünə keçib qəfil tormoz verdi - VİDEO
Biri qəza şəraiti yaratdı, digəri motosikleti vurub getdi – ŞİKAYƏT - VİDEO
Sumqayıtda məktəbin önündə piyada və sürücüləri bu təhlükə gözləyir - VİDEO
Öz kefinə maşın sürüb motosikletçini özündən çıxardı: “Belə sürürəm, sonra?” - VİDEO
Qoşa xətdən təhlükəli ötmə edən sürücü qəza şəraiti yaratdı - VİDEO
Piyadalara məhəl qoymayan sürücü əks yola çıxıb ikiqat təhlükə yaratdı - VİDEO
Piyadalara üztanıma vasitəsilə cərimə yazılır? - RƏSMİ AÇIQLAMA - VİDEO














