Bakıda sürücüdən riskli hərəkət: Övladını qucağına alıb maşın sürdü - Cərimələndi - VİDEO

Qaydalar 24 İyun 2026 17:30
Bakıda sürücüdən riskli hərəkət: Övladını qucağına alıb maşın sürdü - Cərimələndi - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, sürücü barəsində qanunamüvafiq tədbir görülüb.

***

Paytaxtın Nizami rayonu ərazisində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə iyunun 24-də saat 09:57 radələrində qeydə alınıb. Belə ki, Milli Həmrəylik küçəsininin parkinqindən çıxan 90-MG-348 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü azyaşlı övladını qucağına alaraq nəqliyyat vasitəsini idarə edib.

Kadrlardan görünür ki, sürücü hərəkət zamanı uşağı qucağında tutub və bu vəziyyətdə avtomobili idarə etməyə davam edib. Görüntü ərazidən keçən digər hərəkət iştirakçısı tərəfindən narazılıqla qarşılanıb.

Qeyd edək ki, bu cür davranış həm sürücünün, həm də azyaşlının həyatı üçün ciddi təhlükə yaradır. Qəfil əyləc və ya hər hansı yol-nəqliyyat hadisəsi zamanı uşaq ağır xəsarət ala bilər. Eyni zamanda, sürücünün diqqətinin yayınması qəza riskini artıran əsas amillərdən biri hesab olunur.

Qanunvericiliyə əsasən, nəqliyyat vasitəsinin təhlükəsiz idarə edilməsinə mane olan hallara yol verilməsi inzibati məsuliyyət yaradır.

Nərmin

Oxunub : 334
ŞƏRH YAZ
Ad

E-mail

Şərh