Bakıda yol polislərinə müqavimət göstərən sürücü HƏBS EDİLDİ - FOTO

Sentyabrın 15 -də Heydər Əliyev prospektində manevr qaydalarını pozan 90-DH-093 qeydiyyat nişanlı “Mersedes” markalı avtomobilin sürücüsü yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Avtosfer.az xəbər verir ki, sürücü saxlanılan zaman nəqliyyat vasitəsinin üzərində ödənilməyən cərimələrin olduğu da aşkarlanıb. YPX əməkdaşları nəqliyyat vasitəsini cərimə meydançasına aparmaq istədikdə sürücü Səməndər Mehdiyev kobud davranaraq müqavimət göstərməyə başlayıb. Bu zaman polis əməkdaşları hadisə yerinə post patrul xidmətinin əməkdaşlarını dəvət edib. Bundan sonra sürücü Nizami rayon 25-ci polis bölməsinə təhvil verilib və onun barəsində toplanılmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, bu gün məhkəmənin qərarı ilə sürücü Mehdiyev Səməndər Rizvan oğlu İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Yunis
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












