Başını lyukdan çıxaran sərnişinə görə sürücünü hansı cəza gözləyir?

Son zamanlar sürücülər avtomobildə gedən sərnişinin başını lyukdan bayıra çıxarmasına görə yol polisi əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirirlər. Saxlanılan sürücülər redaksiyamıza çoxsaylı müraciətlər ünvanlayaraq bunun nə dərəcədə doğru olduğunu soruşurlar.
Avtosfer.az xəbər verir ki, sərnişinin başını lyukdan kənara çıxarmasına görə İnzibati Xətalar Məcəlləsində xüsusi bir məsuliyyət tədbiri nəzərdə tutulmayıb. Lakin sərnişin bu hərəkəti etmək üçün ayağa qalxmalıdır. Qanunvericilikdə isə qeyd olunub ki, nəqliyyat vasitəsində gedən sərnişin təhlükəsizllik kəmərindən istifadə etməsi zəruridir. Başını lyukdan bayıra çıxaran sərnişin təhlükəsizlik kəmərini taxdığı halda ayağa qalxması qeyri-mümkündür. Çünki avtomobillərin konstruksiyasında nəzərdə tutulmuş kəmərin üçnöqtəli olması ayağa qalxmağı və ya hər hansısa bir hərəkəti etməyi məhdudlaşdırır. Lyukdan bayıra baxmaq üçün mütləq təhlükəsizlik kəməri açılmalıdır. Buna görə də başını bayıra çıxaran sərnişinin hərəkətinə görə sürücü yox, sərnişin məsuliyyətə cəlb edilməlidir. Təhlükəsizlik kəmərindən istifadə etməyən sərnişin üçün qanunvericilikdə 30 manat məbləğində cərimə nəzərdə tutulub.
Nərminə Əli
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












