Binaların həyətinə şlaqbaum quraşdıranların nəzərinə: 4000 manat CƏRİMƏSİ VAR

Son günlərdə sosial şəbəkələrdə vətəndaşların daha çox narazılıq etdiyi məsələlərdən biri də binaların həyətlərində, yolların kənarlarında müxtəlif vasitələrlə özləri üçün "park yeri" düzəltmiş şəxslərlə bağlıdır. Belə ki, "bura mənim yerimdir" prinsipi ilə dəmir vasitələr, zəncir, slaqbaum və s. quraşdıraraq məhəllədaxili yollarda və səkilərdə, o cümlədən binaların həyətlərində "parkinqlər" düzəldirlər. Hətta bəzən bilməyərək hansısa sürücü onların "yerində" saxlasa maneə yaratmaq üçün qarşısını kəsirlər. Bu isə çox zaman yersiz mübahisələr və davaya çevrilir. Bəs görəsən qanunvericilikdə bununla bağlı hansı müddəlar nəzərdə tutulub?
![]()
Hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, İnzibati xətalar məcəlləsinin 354.0.4. maddəsində yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə cərimələr nəzərdə tutulub. “Fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.”
Ərşad Hüseynov hesab edir ki, bununla bağlı konkret tədbirlər görmək olar. "Bu məsələ dəfələrlə qabardılıb. Odur ki, hüquqi cəhətdən buna yanaşmaq daha doğru olardı. Bir neçə dəfə həmin şəxslər cərimələnsələr o zaman ikinci dəfə bunu etməzlər."

Ekspert Elməddin Muradlı hesab edir ki, qanunda bu məsələ dəqiq əksini tapmadığına görə birbaşa müdaxilə etmək olmur. "Amma nəzərə alsaq ki, maddədə "nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə" ifadəsi var, bundan yola çıxaraq cərimə tətbiq etmək olar."
Qeyd edək ki, bu cür qanunsuz park yerləri şəhərin əksər daxili küçələrində və binaların həyətlərində var.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












