"Bravo"nun dayanacağında parklanmanın "anasını ağladan" sürücülər - VİDEO

Ölkə ərazisində olan iri ticarət mərkəzlərinin və supermarketlərin parklanma yerində sürücülərin avtomobilləri düzgün park etməməsinin taz-taz şahidi oluruq. Bəzən sürücülər avtomobilin qabaritini nəzərə almadan iki yeri zəbt edir, bəzi hallarda isə parklanma yerinin sərhədini bildirən nişanlanma xəttinin və yaxud da konusların üzərində park edirlər. Avtosfer.az xəbər verir ki, bu cür hallardan birini əks etdirən videogörüntü sosial şəbəkədə yayılıb. Belə ki, paytaxt ərazisində yerləşən “Bravo” marketlər şəbəkəsinin birində bir neçə sürücü bu cür kobud səhvlərə yol verib. Onlar konusları əzərək avtomobili səliqəsiz formada park ediblər.
Qeyd edək ki, bu cür parklanma zamanı plastik tumbaların sıradan çıxmasıyla yanaşı avtomobilə də ziyan dəyə bilir. Ona görə də sürücülərin nəzərinə çatdırmaq istəyirik ki, parklanma qaydalarına əməl etsinlər.
Sürücülər üçün avtomobilin park edilməsi çətin sayıldığından digər şəxslərin köməyindən istifadə olunması tövsiyə edilir.
Nərminə Əli
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













