Bu dairə ləğv edildi, qayda pozanları 3 bal 60 manat cərimə gözləyir - VİDEO

Bakı-Sumqayıt yolunun üzərində yerləşən “Vaz dairəsi” kimi tanınan yolda hərəkətin təşkilinə köklü dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, körpünün üzərində olan dairələrin hər ikisi ləğv edilib və yolun hərəkət hissəsini ayırmaq üçün dəmir məhəccərlər quraşdırılıb. Eyni zamanda Bakı istiqamətindən gələn sürücülərin hərəkəti yalnız sağa təşkil edilib. Əvvəllər Bakı istiqamətindən gələn sürücülər körpüyə qalxdıqdan sonra dairəvi hərəkət təşkil edilmiş yolayrıcından sola dönməklə Bakı Mühəndislik Universitetinə və Xırdalan şəhəri istiqamətinə hərəkət edə bilirdilər. Lakin son edilən dəyişiklikdən sonra həmin dairə ləğv edilib və hərəkət yalnız sağa təşkil edilib. Bundan sonra sürücülər Bakı Mühəndislik Universitetinə və Xırdalan şəhəri istiqamətinə getmək üçün yalnız sağa hərəkət etməli, 2-3 kilometrdən sonra geriyə dönmə yerindən dönərək qeyd edilən istiqamət üzrə hərəkət etməlidirlər.
Qeyd edək ki, körpünün üzərində olan digər dairə də ləğv edilməklə sola- Bakı şəhəri istiqamətinə baş yol nişanı quraşdırılıb, həmçinin körpünün enişində yol genişləndirilib.
Ərazidən çəkilmiş videonu təqdim edirik:
Nərminə Əli
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












