Bu dəyişikliklər "texpasporta" yazılmalıdırmı?- İZAH

Sürücülər avtomobilin görünüşündə etdikləri bəzi dəyişiklikləri qeydiyyat şəhadətnaməsinə qeyd etdirmədikləri üçün yol polisləri tərəfindən saxlanılırlar. Bu barədə Avtosfer.az-ın “sual-cavab” bölməsinə çoxsaylı suallar və şikayətlər də daxil olur.
Avtomobilin bamperini, yaylarını və səs boğucusunu dəyişdikdə, bu dəyişikliklər qeydiyyat şəhadətnaməsinə (texpasporta) yazılmalıdırmı?
Bir çox dəyişikliklər var ki, onlar qeydiyyat şəhadətnaməsinə yazıla bilməz. Bunun tələb edilməsi isə qanunvericiliyə ziddir. “Yol Hərəkəti Haqqında Qanun”un 28-ci maddəsində qeydiyyat şəhadətnaməsinə hansı məlumatların yazılması aydın şəkildə göstərilib.
Belə ki, qeydiyyat şəhadətnaməsində aşağıdakı məlumatlar göstərilir:
1) nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi
2) nəqliyyat vasitəsinin buraxılış ili və ya ilk qeydiyyatının tarixi
3) nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı və yaşayış yeri
4) nəqliyyat vasitəsi istehsalçısının adı və ya markası
5) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, rəngi
6) nəqliyyat vasitəsinin icazə verilmiş maksimum kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün)
7) nəqliyyat vasitəsinin yüksüz kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün)
8) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarlılıq müddəti (bu müddət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılırsa)
Gördüyünüz kimi qeydiyyat şəhadətnaməsində hansı məlumatların yazılmasının vacibliyi bu maddədə aydın şəkildə bildirilib. Avtomobilin bamperinin, yaylarının, işlənmiş qazların xaricetmə sisteminin, faralarının və bu kimi digər avadanlıqlarının dəyişidirilməsi qeydiyyat şəhadətnaməsinə yazılmamalıdır.
Əgər avtomobilin mühərrik, ban, şassi nömrələri, daha sonra rəngi, yanacaq növü, tipi dəyişdikdə, bu zaman avtomobil Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə təqdim edilməli və qeydiyyat şəhadətnaməsi dəyişdirilməlidir. Digər hallarda qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsi və bunun tələb edilməsi yolverilməzdir.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












