Bu sürücülər hər gün maşını səkidə park edir - 60 manat, 2 bal - FOTO

Bakı şəhərində bəzi sürücülər avtomobillərini park edərkən piyadaların hüquqlarını nəzərə almır, səkiləri rahatlıqla zəbt edirlər.
Avtosfer.az xəbər verir ki, bu cür hallara xüsusilə yaşayış binalarının, universitetlərin qarşısında və şəhərin mərkəzi küçələrində tez-tez rast gəlinir. Qaydaların açıq şəkildə pozulmasına baxmayaraq, bəzi sürücülər hələ də məsuliyyətsiz davranışlarını davam etdirirlər.

Analoji hal paytaxtın Yasamal rayonu, Murtuza Muxtarov küçəsində də gün ərzində yaşanır. Azəbaycan Dövlət İqtisad Universitetinin qarşısında 99-KF-507 dövlət qeydiyyat nişanlı “Volkswagen Jetta” və 90-HK-464 nömrəli “Toyota Land Cruiser” markalı avtomobillərin hər ikisi səkilərin üzərində park edilib. Sürücülər “Yol Hərəkəti Haqqında” qanunun 51.1-ci maddəsinin tələblərini kobud şəkildə pozub.
Qeyd edək ki, bu cür qayda pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 60 manat və 2 balla cərimələnir.
Fidan


Nişana baxmayan sürücü baş yoldakı maşına təhlükə yaratdı - VİDEO
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO












