Bu yolda sürücüləri təhlükə gözləyir - Diqqətli olun - VİDEO

Paytaxtın bəzi küçələrində yaradılan çıxıntılar sürücülərə çətinlik yaradır. Daralan yollar və sürüclərin qarşısına bir anda çıxan çıxıntıların quraşdırılma məqsədi nədir? Sürücülərdən biri paytaxtın Seyid Əzim Şirvani küçəsində qeydə aldığı videonu sosial şəbəkədə yayıb.
Avtosfer.az bildirir ki, videoda sözügedən küçədə bu çıxıntılar nəqliyyat vasitələrinin parklanması üçün yaradılıb. Həmin küçədən istifadə edən sürücülər buradan keçərkən çətinliklə üzləşdiklərini bildirir. Çünki bu çıxıntıların sərhədlərini bildirən nişanlar və işıqqaytarıcılar olmadığı üçün xüsusən də gecə saatlarında böyük təhlükə yaranır.
Qeyd edək ki, paytaxtın bir neçə küçə və prospektlərində Bakı Nəqliyyat Agentliyi tərəfindən bu cür parklanma yerləri yaradılsa da sonradan uğursuz alındığı üçün sökülüb.
Xatırladaq ki, qanunvericiliyə görə təhlükəli sahələrdə, sərt döngələrdə və yolun daraldığı yerlərdə 2.7 nişanlanma xətti tətbiq edilməlidir ki, həmin yoldan istifadə edən sürüclər təhlükə ilə üzləşməsin.
Aysel
Masazır dairəsində "ağıllı" sürücülərə görə hərəkətin təşkili dəyişdirilməlidir - VİDEO
Balaxanı-Mehdiabad yolunda təhlükəli ötmə sürücünü çıxılmaz vəziyyətə saldı - VİDEO
Bir maşın qabağa keçmək üçün kobud qayda pozdu - 77-PB-096 - VİDEO
Yolu kəsən sürücü sonra da özünü haqlı çıxarmağa çalışdı - VİDEO
Qəza şəraiti yaradan sürücü hərəkət zamanı qapını açıb qışqırdı - VİDEO
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO











