Dairəvi hərəkətdən xəbərsiz sürücü qəza şəraiti yaratdı - VİDEO

Bakıda qaydalardan xəbərsiz sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 21-də, paytaxtın Mikayıl Əliyev küçəsində qeydə alınıb. Belə ki, 99-FX-546 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü dairəvi hərəkət təşkil edilmiş yolayrıcını tərk edən zaman görüntünü qeydə alan sürücüyə təhlükəli anlar yaşadıb. O, dairənin sol zolağından qəfil sağa çıxaraq yol hərəkəti qaydalarını pozub. Bu azmış kimi görüntünü qeydə alan sürücünün səs siqnalına cavab siqnalı verərək öz etirazını bildirib.
"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinə əsasən, dairəvi hərəkət təşkil edilmiş yolayrıcını yalnız sağ zolaqdan tərk etmək olar. Dairə boyunca hərəkətə isə istənilən zolaqdan icazə verilir.
Görüntünü qeydə alan sürücü tam qaydalar çərçivəsində hərəkət edir. Lakin digər sürücü dairəni birbaşa sol zolaqdan tərk edir.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












