Dayanma qadağan deyil, amma sürücüyə cərimə yazılır - ŞİKAYƏT - VİDEO

Bakıda dayanma-durma qaydasını pozmayan sürücü yol polisi tərəfindən cərimələnib. Bu barədə sürücü Cavid Babayev Avtosfer.az-ın qaynar xəttinə şikayət ünvanlayıb. O bildirir ki, idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobili oktyabrın 15-də, paytaxtın Qurban Xəlilov küçəsində (Dövlət Gömrük Komitəsinin qarşısında) park edərkən yol polisi tərəfindən cərimələnib. Sürücünün iddiasına görə, həmin küçədə dayanma-durmanı qadağan edən heç bir nişan yoxdur. Lakin onun barəsində EQ 11760508 nömrəli protokol tərtib olunub: "Qeydə aldığım videodan da aydın şəkildə görünür ki, dayanma-durmanı qadağan edən heç bir nişan yoxdur. Amma orada avtomobili park edən kimi yol polisləri cərimə yazır. Bununla artıq neçənci dəfədir ki, həmin yerdə maşını saxladığım üçün haqsız yerə cərimələnirəm".
Sürücü C.Babayev barəsində tərtib edilmiş protokolun düzgün olmadığını hesab etdiyi üçün, Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən həmin protokolun ləğv edilməsini xahiş edir.
Nərminə Əli
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO














