Etibarnamə ilə maşın alanların DİQQƏTİNƏ - Məsuliyyətə cəlb oluna bilərsiniz!

Dövrümüzün ən ehtiyac duyulan, həyatımızı asanlaşdıran vasitələrdən biri də minik avtomobilləridir. Artıq qadın, kişi fərq etmədən hər kəs şəxsi avtomobil almaq həvəsindədir.
Lakin bu həvəs bəzən tələsik, araşdırmadan verilən qərarlara və onun problemli nəticələrinə səbəb olur. Belə ki, maşın satqısı məşğul olan əksər “alverçi”lər mənfəətlərinə görə, maşını etibarnamə ilə yeni istifadəçisinə satırlar və böyük mübahisələr də bundan sonra başlayır.
“Etibarnamə heç bir əmlaka mülkiyyət hüququ vermir. Sadəcə müəyyən müddətli hansısa daşınmaz əmlakdan istifadə hüququ verə bilər”. Bu sözləri mizim.media-ya hüquqşünas-vəkil Əsabəli Mustafayev mövzu ilə bağlı açıqlama verərkən bildirib.
Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı hüquqşünaslara çoxlu şikayətlər daxil olmaqdadır: “Etibarnamə ilə avtomobil idarə edən şəxs gələcəkdə onu sata bilməz. Çünki, həmin şəxs əmlakın tamhüquqlu mülkiyyətçisi deyil. Bu problemlərlə bağlı bizə müraciət edənlərin sayı çoxdur. Belə ki, etibarnamə yolu ilə avtomobil satan şəxslər var ki, daha sonra notariat kontoruna ərizə verib etibarnaməni ləğv etdirir. Və ya ləğv etdirmədən başqasına həmin maşını satır. Bundan da ziyan çəkən tərəf avtomobili etibarnamə ilə götürən şəxsdir. Bəzən etibarnamənin ləğv edilməsindən sonra tərəflər arasında yaranan mübahisə avtomobili alan şəxsin hətta cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnir”.
Ə.Mustafayev bildirir ki, etibarnamə dələduz maşın alverçiləri üçün daha sərfəlidir. "Çünki etibarnamə alqı-satqı prosesindən daha ucuz başa gəldiyi üçün əksəriyyət etibarnamə ilə mülk alır. Sizə əlverişli görünən bu yol sonra sizi tələyə sala bilər. Düşünün ki, müəyyən məbləğdə pul ödəyib etibarnamə yolu ilə avtomobil alırsız və həvəslə idarə edirsiniz.
Bu əsnada isə maşının əvvəlki sahibi etibarnaməni ləğv etdirir. Bu halda polis bölməsinə çağrılmağınıza təəcüblənməyin, ona görə ki, siz maşın oğurlamaqda şübhəli şəxs qismində saxlanıla bilərsiniz.
Günahsız olduğunuzu sübut etmək üçün etibarnamə də köməyinizə gəlmir, çünki sizdən şikayət edən adam avtomobili satmadığını, sadəcə olaraq bir neçə günlüyə sürmək üçün verdiyini iddia edir. Ortada maşının satılmasına, pul ödənilməsinə dair hər hansı bir sənəd olmadığından, polisə günahsızlığınızı sübut edə bilmirsiniz”.
Vəkil Ə.Mustafayev bu məsələdə qurban olan şəxslərin daha çoxunun qanundan məlumatsız olmasını dilə gətirərək, vətəndaşlara diqqətli olmaları üçün xəbərdarlıq edib: “Maşın alveriçilərinə etibarnamə ilə satış həyata keçirmək daha münasibdir, çünki onlar beləcə vergidən də yayınmış olurlar. Ona görə də vətəndaşlara tövsiyə edirik ki, hər hansı mülki almaq istəyirlərsə, hökmən notarial qaydada alqı-satqısını həyata keçirsinlər. Öz qanunlarından hökmən xəbərdar olsunlar ki, haqlı ikən, haqsız vəziyyətə düşüb cinayət məsuliyyətinə cəlb olunmasınlar”, - deyə o, bildirib.
Sürücü 110-luq yolda 90-lıq radara düşdü - ŞİKAYƏT - FOTO - VİDEO
Avtobusa minərkən bu qaydalara mütləq əməl edin - Mədəniyyət önəmlidir - VİDEO
Əlli manatlıq cərimə baha başa gəldi – 6 ay avtomobil sürə bilməyəcək
Qaydaları saymayan sürücülər: Biri qırmızıda keçdi, o biri əks yola çıxdı - VİDEO
Kobud qayda pozuntularına yol verən sürücü cəzalandırıldı - VİDEO - YENİLƏNİB
Vəsiqəsi olmadan sərxoş halda maşın sürərkən yaxalandı - Qaradağ postunda - VİDEO
Keçiddə dayanmayan sürücülər piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Telefonla danışan sürücü baş yoldan gələnlərin yolunu kəsdi – 75-AF-858 - VİDEO
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Vəsiqəsi əlindən alınan qadın sürücü bu dəfə sərxoş tutuldu - VİDEO
Yüksək sürətli yolda məsuliyyətsizlik: Sürücü dayanıb qəzanı izlədi - VİDEO










