Güzgüyə baxmayıb qəza şəraiti yaratdı və özünə belə haqq qazandırdı - VİDEO

Bakı-Sumqayıt yolunda qaydaları kobud şəkildə pozan sürücünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 2-də, avtovağzalın yaxınlığında baş verib. Belə ki, 99-MX-543 qeydiyyat nişanlı "Daewoo" markalı taksi avtomobilinin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, yolun sağ kənarından hərəkətə başlayaraq zolaqları çəpəki formada kəsə-kəsə sol zolağa yerdəyişmə edib. Bu zaman görüntünü qeydə alan avtomobilin qarşısına keçərək ona qəza şəraiti yaradıb. Sürücü qəfil tormoz verməklə qəzanın qarşısını son anda ala bilib.
Təhlükə ilə üzləşən sürücü irad bildirən zaman, taksi sürücüsü "sən uzaqda idin, ona görə sürdüm" - deyərək özünə haqq qazandırmağa çalışıb.
Qeyd edək ki, baş verən əksər yol qəzalarının səbəbi məsuliyyətsizlik edən sürücülərin bu cür hərəkətləridir. Sürücülər manevr edərkən, zolağı dəyişərkən güzgüyə baxmırlar, arxadan gələn maşınları müşahidə etmirlər. Kor-koranə şəkildə hərəkət edirlər və arxadan gələn sürücünün onu gördüyünü, ona yol verəcəyini düşünürlər. Belə hərəkətin sonu isə bir gün ağır qəza ilə, xəsarətlə, hətta ölümlə nəticələnir.
Nərminə Əli
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












