Hamı dayanıb piyadaya yol verir, bu sürücü isə görün nə edir - VİDEO

Bakıda piyadanın hərəkətinə mane olan sürücünün görüntüləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 15-də, paytaxtın İnşaatçılar prospektində baş verib. Belə ki, 90-OG-759 qeydiyyat nişanlı “Mitsubishi Pajero İO” markalı avtomobilin sürücüsü sözügedən prospektdə keçiddən keçən piyadaya yol verməyib.
“Yol hərəkəti haqqında” qanunda qeyd olunub ki, nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.
Görüntüdən də göründüyü kimi, qaydaları pozan sürücü qonşu zolaqda dayanan avtomobilə əhəmiyyət vermədiyi üçün piyadanın hərəkətinə maneə yaradıb.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












