Həm yolu kəsdi, həm də nömrəsində qanunsuzluq üzə çıxdı - FOTO

Bakıda parklanma qaydasını pozan sürücü yolu kəsib. Bu barədə oxuculardan biri Avtosfer.az-ın qaynar xəttinə məlumat verib. Belə ki, hadisə oktyabrın 1-i səhər saatlarında, paytaxtın Məhəmməd Xiyabani küçəsində yerləşən binaların birinin həyətində baş verib. Oxucunun sözlərinə görə, 08-BG-839 qeydiyyat nişanlı "Skoda" markalı avtomobilin sürücüsü ikinci cərgədə avtomobili park edərək gedib: "Səhər saatlarında avtomobilimlə həyətdən çıxmaq istəyərkən, qarşımı kəsən maşına görə çıxmağım mümkünsüz oldu. Sürücünün ön şüşəyə qoyduğu telefon nömrəsinə nə qədər zəng etsəm də, telefonun sönülü olduğu üçün əlaqə saxlamaq mümkün olmadı. Ona görə də məcbur olub taksi ilə gedib-gələsi oldum".
Qeyd edək ki, sürücünün parklanma qaydasını pozması ilə yanaşı, qeydiyyat nişanının standarta uyğun olmaması da fotoda öz əksini tapıb. Belə ki, nömrənin üzərində olan AZ hərfli çip çıxarılıb. Qanunvericiliyə görə, AZ hərflərinin olmaması stanadartın pozulması kimi qiymətləndirilir və buna görə məsuliyyət də nəzərdə tutulub.
Leyla
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT
Qoşa xətdən ötmə edən sürücü maşının önünə keçib qəfil tormoz verdi - VİDEO
Biri qəza şəraiti yaratdı, digəri motosikleti vurub getdi – ŞİKAYƏT - VİDEO
Sumqayıtda məktəbin önündə piyada və sürücüləri bu təhlükə gözləyir - VİDEO
Öz kefinə maşın sürüb motosikletçini özündən çıxardı: “Belə sürürəm, sonra?” - VİDEO
Qoşa xətdən təhlükəli ötmə edən sürücü qəza şəraiti yaratdı - VİDEO
Piyadalara məhəl qoymayan sürücü əks yola çıxıb ikiqat təhlükə yaratdı - VİDEO
Piyadalara üztanıma vasitəsilə cərimə yazılır? - RƏSMİ AÇIQLAMA - VİDEO














