Polis maskaya görə cəriməni yerində aldı - Sürücüyə 20 manatlıq "sürpriz" - FOTO

Bakıda karantin postunda dayandırılan sürücünü Bakı Nəqliyyat Agentliyi cərimələyib. 99-CF-545 qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü Niyaməddin Məmmədov Avtosfer.az-a müraciət edərək bildirib ki, yanvarın 3-ü paytaxtın Qara Qarayev prospektində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən karantin postunda dayandırılıb. “Maskadan düzgün istifadə etmədiyim üçün mənə 100 manat cərimə yazıldı və sonra göstəriş verildi ki, sağda dayanaraq cəriməni “Toyota Prado”da əyləşən polis əməkdaşına verim. Mən, “Toyota”ya yaxınlaşıb mayor rütbəli polis əməkdaşına 101 manatı verən zaman Bakı Nəqliyyat Agentliyi tərəfindən 20 manat məbləğində cərimələndim. Lakin mən öz xoşuma dayanmamışam. Polis əməkdaşının göstərişi ilə dayanmışam və fotodan da aydın şəkildə görünür ki, qara rəngli “Toyota”nın yanında dayanaraq pulu ona verirəm”.
Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev açıqlama verərək bildirmişdi ki, "karantin postlarında dayandırılmış şəxs barəsində müvafiq araşdırma aparıldıqdan sonra onun barəsində protokol tərtib olunaraq sərbəst buraxılır". Lakin vətəndaşlar tərəfindən edilən şikayətlərdən görünür ki, polis əməkdaşları cəriməni ödətdirmədən onları sərbəst buraxmır.
Təbriz
.jpg)

Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












