Nəsimidə piyadaların yolunu kəsən sürücülər CƏZALANDIRILDI - VİDEO

Məsələ ilə bağlı Avtosfer.az-ın sorğusunu cavablandıran Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis kapitanı Rüstəm Əhmədli bildirib ki, piyadaların rahat və təhlükəsiz hərəkətinə maneə yaradaraq avtomobillərini səkidə park edən sürücülər barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb. Onun sözlərinə görə, həmin nəqliyyat vasitələri səkidən kənarlaşdırılıb və qanun pozuntusuna yol verən sürücülər barəsində müvafiq tədbirlər həyata keçirilib.
*** 14:30
Paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində qayda pozan bir qrup sürücü görüntülənib.
Bu barədə Avtosfer.az-ın qaynar xəttinə izləyicilərdən biri məlumat verib. Hadisə avqustun 14-də saat 11:50 radələrində “Premium Clinic” xəstəxanasının qarşısında qeydə alınıb.
Görüntülərdən məlum olur ki, 01-CC-151 dövlət qeydiyyat nişanlı “Changan” markalı, 99-SH-591 dövlət qeydiyyat nişanlı “KIA” markalı, 77-HT-074 dövlət qeydiyyat nişanlı “BMW” markalı, 90-YY-006 dövlət qeydiyyat nişanlı “Toyota” markalı, 77-VD-099 dövlət qeydiyyat nişanlı “Changan” markalı və 90-ZU-889 dövlət qeydiyyat nişanlı “KIA” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini piyada səkisinin üzərində saxlayaraq onların hərəkətinə mane olublar.
Hadisəni qeydə alan şəxs uşaq arabasında gəzdirdiyi azyaşlı ilə birlikdə yolu avtomobillərin hərəkət etdiyi hissədən keçməyə məcbur olub.
Xatırladaq ki, nəqliyyat vasitəsinin səkidə saxlanılması və ya dayanması qadağandır və bu qaydanı pozan sürücülər inzibati məsuliyyətə cəlb oluna bilərlər.
Nərmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












