“Niva”nın güzgülərini dəyişən sürücülərə cərimə yazıla bilər?

Bəzi marka avtomobillərin sürücüləri var ki, onları maraqlandıran suallardan biri də avtomobilin yan güzgülərinin dəyişdirilməsi məsələsidir. Bu barədə Avtosfer.az-ın elektron ünvanına çoxsaylı suallar göndərən oxucular soruşur ki, “Niva” markalı avtomobilin yan güzgülərini “Mercedes S-Class” markalı avtomobilin güzgüləri ilə əvəzləmək olar?
Qeyd edək ki, avtomobillərin güzgüləri ilə bağlı hər hansı bir normativ tələb və ya standart yoxdur. Avtomobildə olan yan güzgülər və salonda quraşdırılmış güzgünün təyinatı yalnız arxanı görmək üçündür. Bütün avtomobillərdə güzgü yalnız bunun üçün istifadə olunur. Ona görə də “Niva” markalı avtomobilə “Mercedes S-Class” markalı avtomobilin güzgüsünü və yaxud “Mercedes C-Class” markalı avtomobilə “E-Class” modelinin güzgüsünü quraşdırmaq qaydalar çərçivəsindədir. Nəticədə bütün avtomobillərdə olan güzgülər sürücünün arxanı görməsini təmin edəcək.
Bəzən sürücülər bildirir ki, yol polisləri “Niva” markalı avtomobildə digər markalı avtomobilin güzgüsünü gördükdə buna “əlavə avadanlıq” deyib avtomobili duracağa aparmaq istəyir. Qeyd edək ki, bu cür yanaşma doğru deyil. Çünki qanunvericilikdə qeyd olunub ki, “normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi qadağandır”. Qanunvericilikdə əsas götürülən avadanlığın özü yox, normativ tələbin pozulub pozulmamasıdır. Güzgü ilə bağlı heç bir normativ tələb olmadığı üçün sürücülər rahat şəkildə digər markanın güzgülərini avtomobilə quraşdıra bilər.
Təbriz Yusubov
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












