Özlərini hamıdan üstün hesab edən sürücülər yolda tıxacı belə yaradırlar - VİDEO

Bakıda qayda pozub həm təhlükə, həm də tıxac yaradan sürücülərin videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, oktyabrın 9-da, paytaxtın Babək prospektində geriyə dönmək istəyən sürücülər sıxlıqda qalmamaq üçün qayda pozuntusu ediblər. Belə ki, 77-DV-301 qeydiyyat nişanlı “Toyota Prius” markalı, 99-SY-072 qeydiyyat nişanlı “Hyundai” markalı, 10-EY-754 qeydiyyat nişanlı “Toyota” markalı avtomobillərin sürücüləri, geriyə dönmə zolağında sıxlıq olduğunu görərək düzünə hərəkət təşkil edilmiş zolaqdan manevr etməyə çalışıblar. Bu zaman həm arxadan gələn, həm də sol zolaqda hərəkət edən nəqliyyat vasitələrinə maneə yaradıblar.
Qeyd edək ki, yollarda tıxacların yaranmasına səbəb bu cür sürücülərdir. Adətən sola və ya sağa dönmə zolaqlarında sıxlıq yaranan zaman, özünü hamıdan üstün hesab edən belə sürücülər qonşu zolaqlardan manevr edərək yolda tıxacın ağırlaşmasına gətirib çıxarırlar. 5-10 sürücünün atdığı səhv adddım, yüzlərlə sürücünün narahatlığına, gedəcəyi ünvana gec çatmasına səbəb olur. Ona görə də hər bir sürücü özündən əvvəl kənardakı insanları düşünməlidir. Bu zaman hər kəsin rahat və təhlükəsiz hərəkəti təmin ediləcək.
Nərminə Əli
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












