Prospekti əksinə gedən sürücü məsuliyyətə cəlb edildi - DYP-dən AÇIQLAMA

Paytaxtın 8 Noyabr prospektində qaydaları pozaraq əks yola çıxan sürücüyə dair yayılmış görüntülər Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırılıb. İdarədən Avtosfer.az-a verilən məlumata əsasən, sürücü müəyyən edilib və törətdiyi xətaya uyğun olaraq barəsində qanunamüvafiq tədbir görülüb.
***
Bakıda yol hərəkəti qaydalarına əməl etməyən sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 30-da, saat 19:30-da paytaxtın 8 Noyabr prospektində baş verib.
Belə ki, 90-NO-743 qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobilin sürücüsü Ramiz Quliyev küçəsindən 8 Noyabr prospektinə daxil olan zaman yol nişanının tələbini pozub. O, Zığ şosesi istiqamətinə getmək üçün ikinci ayırıcı zolağa daxil olmaq əvəzinə, birinci ayırıcı zolağa dönüb. Fotoşəkildən də aydın şəkildə görünür ki, sürücü birtərəfli yolun tam əksinə çıxaraq axına qarşı hərəkət edib.
Qeyd edək ki, bu xətaya görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə oluna bilər.
Könül Rauf
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO














