Qaranlıqda yol polisinin gözü qarşısında "protiv" gedən sürücü - VİDEO

Yolda hərəkət edən sürücünün təhlükəli və qorxunc hərəkəti avtomobildəki kameraya düşüb. Videogörüntünü redaksiyamıza göndərən oxucu, həmin sürücünün hərəktlərinin ictimailəşdirilməsini və müvafiq qaydada məsuliyyətə cəlb edilməsini istəyib.
Avtosfer.az xəbər verir ki, dekabrın 21-i saat 20:55 radələrində Bakı-Sumqayıt yolunda (Ər-Riyad ticarət mərkəzinin yanında) hərəkət edən sürücü yolda təhlükə ilə qarşılaşıb. Günün qaranlıq saatında sürətli yolda əks istiqamətə çıxan avtomobilin sürücüsü axına qarşı hərəkət edərək görünütünü qeydə alan sürücünün üzərinə sürüb. Sürücünün peşəkarlığı baş verə biləcək faciəvi yol nəqliyyat hadisəsindən yayınmağa şərait yaratdı. Videodan da aydın şəkildə görünür ki, sürücü axına qarşı hərəkət edən zaman sürəti azaltmır və sanki ölümə gedir.
Qeyd edək ki, həmin vaxt yolun kənarında yol polisi əməkdaşları da olub. Lakin onlar sürücünün bu hərəkətinə heç bir reaksiya verməyib.
Ümid edirik ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları nəzarət kameraları vasitəsi ilə sürücünü aşkar edib, onun barəsində məsuliyyətə tədbirləri görəcək.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












