Qaydalara dırnaqarası baxan sürücü zəncirvari qəzaya düşəcəkdi - VİDEO

Gün ərzində sürücülərin ən çox pozduğu qaydalardan biri də manevr etmə qaydalarıdır. Yol qəzalarının əksəriyyəti bu qayda pozuntusuna görə baş versə də, sürücülər bunun ciddiyətini hələ də dərk etmirlər.
Əksər sürücülər gedəcəkləri istiqamət üzrə zolağı düzgün seçmirlər. Belə sürücülərdən birinin hərəkətləri avtomobildəki kameraya qeyd olunub. Belə ki, 99-ST-980 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü Bakı-Sumqayıt yolu ilə hərəkət edərkən son anda sağa- Sulutəpə qəsəbəsi istiqamətinə dönür. Bu zaman yolda hərəkət edən digər sürücülərə qəza şəraiti yaradır.
Bəs həmin sürücü qaydalara görə necə hərəkət etməli idi?
"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsində qeyd olunub ki, sağa və ya sola dönən sürücü müvafiq kənar vəziyyət seçməlidir. Bu o deməkdir ki, görüntüdə əks olunan "Mercedes" markalı avtomobilin sürücüsü Sulutəpə qəsəbəsi istiqamətinə getmək üçün, Bakı-Sumqayıt yolundakı tuneldə sağ zolağı əvvəlcədən seçməli və bundan sonra təhlükəsiz şəkildə gedəcəyi istiqamətə manevr etməli idi. Lakin videodan da aydın şəkildə görünür ki, o, sol zolaqlarla hərəkət edir. Gedəcəyi istiqamətə isə son anda manevr edərək digər sürücülərə qəza şəraiti yaradır.
Sözügedən videonu təqdim edirik:
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












