"Risovkalıq" edib yol polisinin üstünə "protiv" gedən sürücü SAXLANILDI - VİDEO

Şəhərin mərkəzində qaydaları kobud şəkildə pozan sürücü yol polisi tərəfindən saxlanılıb. Avtosfer.az xəbər verir ki, 77-PB-446 qeydiyyat nişanlı "Land Rover" markalı avtomobilin sürücüsü paytaxtın Kövkəb Səfərəliyeva küçəsində hərəkət edərkən qaydaları pozub. Belə ki, yolda sıxlıq olduğundan sürücü qəzəblənərək əks yola çıxıb. Qaydaları pozub qabağa düşmək istəyən sürücü, yol polisi əməkdaşı tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Qeydə alınmış videodan bir daha aydın görünür ki, tələskənlik edib qaydaları pozmaq, sürücünün vaxt qazanmasına şərait yaratmır. Əksinə, sonu vaxt itkisi ilə nəticələnir. Ən yaxşı halda yol polisi əməkdaşı tərəfindən saxlanılıb cərimələnir və qazandığı vaxtdan da artıq vaxt itirir. Lakin qaydaları pozan zaman sürücü qəza törədərsə, vaxt itirməklə yanaşı həm maşınını, həm canını itirə bilər.
Ona görə də hər bir hərəkət iştirakçısı, qanla yazılmış qanuna birmənalı olaraq riayət etməlidir.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












