Şəhərin mərkəzində təcili yardımın arxasınca ölümə gedən sürücülər - VİDEO

Bakıda əks yola çıxan sürücülərin videogörüntüsünü oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 19-da paytaxtın Neftçilər prospektində qeydə alınıb. Belə ki, çağırışa gedən təcili tibbi yardım avtomobilinin sürücüsü tıxac səbəbindən əks yolla getməyə məcbur olub. Tıxacda qalmaq istəməyən 10-UR-018 qeydiyyat nişanlı “BMW” markalı və 99-RT-837 qeydiyyat nişanlı “Renault” markalı avtomobillərin sürücüləri təcili yardım avtomobilinin arxasına keçərək axına qarşı hərəkət etməyə başlayıblar.
Qeyd edək ki, bəzən xəstənin yaxınları təcili yardım avtomobilinin arxasınca gedərək xəstəxanaya bir yerdə çatmaq istəyirlər. Lakin bu hərəkətin faciə ilə nəticələnə biləcəyini anlamırlar. Təcili tibbi yardım avtomobilində xəstə həkimlərin nəzarəti altında aparılır və onların köməyi ilə xəstəxanaya yerləşdirilir. Belə hallarda xəstə yaxınlarının hər hansısa bir müdaxiləsinə də ehtiyac qalmır. Ona görə də qaydaları pozaraq təcili yardım avtomobilinin arxasınca getmək sürücüyə təhlükədən başqa bir şey vermir.
Sözügedən videonu təqdim edirik:
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












