Səkini zəbt edən sürücülər piyadanı körpəsi ilə yola çıxmağa məcbur etdi - VİDEO

Paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində dayanma və durma qaydalarını pozan sürücülər kameraya düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” ünvanına video göndərərək məlumat verib. Hadisə iyulun 28-də saat 11:30 radələrində “Premium Clinic”in qarşısında qeydə alınıb.
Kadrlardan görünür ki, 90-ZU-889 dövlət qeydiyyat nişanlı “KIA” markalı, 77-TA-277 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı, 44-CG-990 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı və “Range Rover” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini piyada səkisinin üzərində saxlayıblar. Nəticədə piyadaların hərəkəti məhdudlaşıb.
Görüntülərdə uşaq arabası ilə hərəkət edən piyadanın səkidən keçə bilmədiyi, yolun tamamilə bağlanması səbəbindən azyaşlı övladı ilə birlikdə məcburən hərəkət hissəsinə çıxaraq yoluna davam etdiyi də əks olunub.
Şikayətçinin sözlərinə görə, “Premium Clinic”in qarşısında demək olar ki, hər gün eyni vəziyyət müşahidə olunur və səkidən istifadə edən piyadalar mütəmadi olaraq çətinliklə üzləşirlər.
Qeyd edək ki, piyada səkisində dayanma və ya durma piyadaların təhlükəsiz hərəkət hüququnu məhdudlaşdırmaqla yanaşı, yol hərəkəti qaydalarının da kobud şəkildə pozulması hesab olunur.
Nərmin
Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi - VİDEO
Yaxınlıqda piyada keçidi olsa da yolu təhlükəli yerdən keçdilər - VİDEO
On metr irəli getməyə səbri çatmayan sürücü 100 manatlıq qayda pozdu - VİDEO
Radardan yayınmaq istəyən sürücü hər üç nömrəyə müdaxilə etdi - VİDEO
Nişanı saymayan sürücü baş yoldakı avtomobili təhlükəylə üz-üzə qoydu - VİDEO
Ard-arda təhlükəli ötmə edən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
FHN-in motosiklet sürücülərinə qoyduğu qadağa narazılıq yaratdı - VİDEO
Mərdəkan yolunda zəncirvari QƏZA - VİDEO
Ağır QƏZA: 35 ölü, 30 yaralı - Bu ölkədə
Svetofor nasaz olduqda sürücülər hansı qaydalara əməl etməlidir?
Gədəbəydə polisdən böyük əməliyyat - Özbaşınalıq edənlər saxlanıldı - VİDEO










