Goranboyda maşın arakəsməyə çırpılıb: Xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Qəzalar 28 İyul 2026 16:09
Goranboyda maşın arakəsməyə çırpılıb: Xəsarət alanlar var - FOTO   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Goranboyda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 28 iyul, saat 12:30-da baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 1966-cı il təvəllüdlü şəxs (qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Ona döş qəfəsinin qapalı travması və sol baldırın səthi travması diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir./oxu.az

***14:54

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Chevrolet" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı 1966-cı il təvəllüdlü Yusif Əşrəfov və 1966-cı il təvəllüdlü C.Quliyeva xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, qəzaya düşən avtomobilin sürücüsü 44 günlük Vətən müharibəsinin şəhidi Məhəmməd Əşrəfovun atasıdır.

 

 

FOTO QALEREYA
Oxunub : 460
ŞƏRH YAZ
Ad

E-mail

Şərh