Sərnişin lyukdan çıxıb rəqs etdi, yol polisi... - VİDEO

Son zamanlar avtomobildə gedən sərnişinlərin başlarını lyukdan bayıra çıxarmaları ilə bağlı çoxsaylı videomateriallar yayılır. Artıq həmin qayda pozuntusu ilə bağlı yol polisi əməkdaşları tədbirlər həyata keçirməyə başlayıb. Avtosfer.az xəbər verir ki, buna dair bir videogörüntü sosial şəbəkədə yayılıb. Belə ki, paytaxtın Neftçilər prospekti ilə hərəkət edən “Hyundai” markalı avtomobildə olan sərnişin başını lyukdan bayıra çıxardığı üçün Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları dərhal nəqliyyat vasitəsini dayandıraraq sürücüyə xəbərdarlıq etməklə, sərnişini məsuliyyətə cəlb ediblər.
Qeyd edək ki, belə hallarda sürücünün qəfil manevr və ya tormozlanma etməsi sərnişinin ağır xəsarət alması ilə nəticələnə bilər. Adi halda sərnişin məsuliyyətə cəlb edilirsə, xəsarət halında sürücünü də ağır məsuliyyət gözləyir. Ona görə də sürücü hərəkətə başlamazdan əvvəl sərnişinlərə xəbərdarlıq etməli və yol boyu onların hərəkətini daim nəzarətdə saxlamalıdır.
Nərminə Əli
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












