Sərnişinlə dolu avtobus sürücüsündən kobud qayda pozuntusu - VİDEO

Xırdalan şəhərində qaydaları pozan avtobus sürücüsünün videosu avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 50-CO-582 qeydiyyat nişanlı “İsuzu” markalı avobusun sürücüsü oktyabrın 17-də, şəhərin Qalubiyyə küçəsində əks yola çıxaraq hərəkət edib. O, daha sonra Mehdi Hüseynzadə küçəsinə dönərək dayanacaqda dayanıb.
İçi dolu sərnişinlə bu qayda pozuntusunu törədən sürücü dayanacağa maksimum 5 saniyə tez çata bildi. Çox təəssüf ki, bunun qəza ilə, sərnişinlərin xəsarət alması ilə nəticələnə biləcəyini öncədən düşünmür. Şəhərdaxili marşrutlarda ayaq üstə gedən sərnişinlərə görə sürücülər daha diqqətli olmalı və avtobusu xüsusi peşəkarlıqla idarə etməlidir. Çünki, təcrübədə sərt tormozlanma zamanı ayaq üstə gedən sərnişinlərin xəsarət alması halları dəfələrlə baş verib.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












