Sevgilisini qaçırarkən qayda pozdu - Dostu ilə birlikdə həbs edildi

Bakıda sevdiyi qızı qaçıran şəxs dostu ilə birlikdə həbs edilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Saatlı rayon sakini, 2001-ci il təvəllüdlü Fərman Nağıyev (ad və soyad şərtidir) dostu Ülvi ilə birlikdə sevdiyi qızı qaçırmaq qərarına gəlib. O, bu barədə qızla danışıb və razılıq əldə edib. Sevdiyi qız Fərmana zəng vuraraq onu Sabunçu rayonu ərazisindəki orta məktəblərdən birinin qarşısına görüşə çağırıb və onunla qaçmağa razı olduğunu bildirib.
Fərman bu barədə dostu Ülvi ilə danışıb və ondan kirayəyə avtomobil götürməsini xahiş edib.
Ülvi dostunun xahişini yerinə yetirib, 75 manata avtomobil kirayələyib.
Dostlar qızın dediyi vaxtda görüş yerində olublar. Qız evlərindən çıxaraq görüş yerinə gəlib və dostların gətirdiyi maşına əyləşib. Ülvi avtomobili idarə edib və əsas yolla hərəkət etməyə başlayarkən, Fərmanla sevgilisi arasında qısqanclıq zəminində mübahisə yaranıb. Fərman qızdan üzr istəsə də, sevdiyi qız onun üzrünü qəbul etməyib və Ülvidən avtomobili saxlamasını tələb edib. Ülvi həmin yerdə avtomobili saxlamağın qadağan edildiyini bildirsə də, qız ondan dərhal maşını saxlamasını istəyib və avtomobil gedə-gedə qapını açıb. Çarəsiz qalan sürücü qızın təhlükəsizliyi məqsədi ilə avtomobili qadağan olunmuş yerdə saxlayıb. Bu vaxt yol polisi avtomobilə yaxınlaşıb və sürücüdən yol-hərəkəti qaydasını pozduğunu bildirib. Elə bu vaxt qız avtomobildən qışqıraraq, onun məcbur qaçırıldığını deyib.
Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə Fərman Nağıyev və onun dostu barədə həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Nağıyev 8 il, dostu Ülvi isə 6 il 9 ay azadlıqdan məhrum edilib.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












