Sürücü həm təhlükə yaradır, həm də özünü haqlı sayır - VİDEO

Bakıda manevr qaydasını pozan sürücü digər avtomobilə təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 13-də, paytaxtın Yusif Səfərov küçəsində qeydə alınıb. Belə ki, 99-NU-055 qeydiyyat nişanlı "Kia" markalı avtomobilin sürücüsü Yusif Səfərov küçəsinin düzünə və sağa hərəkət təşkil edilmiş zolağından Mehdi Mehdizadə küçəsinə dönərkən manevr qaydasını pozub. O, sağa dönən zaman düzgün trayektoriya seçmədiyi üçün, görüntünü qeydə alan avtomobilin zolağına keçərək onun yolunu kəsib. Təhlükə ilə üzləşən sürücü irad bildirərkən, o, özünü haqlı hesab edərək dönmə işığını yandırdığını bildirib.
Qeyd edək ki, dönmə işıqları sürücülərə heç bir üstünlük vermir. Həmin işığın funksiyası yalnız hərəkət iştirakçılarını xəbərdar etmək üçündür.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












