Sürücü "qoçuluq" edib yolu kəsdi, sonra isə azyaşlı uşağı boğub xəsarət yetirdi - VİDEO

Yolda təhlükəli hərəkət edən sürücünün videosunu oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərib. Məharət Hüseynov adlı oxucu "Avtosfer.az">Avtosfer.az"-a müraciət edərək onun ailəsinə, azyaşlı övladının həyatına təhlükə yaşadan sürücünün hərəkətlərini ictimailəşdirib qanunamüvafiq qaydada cəzalandırılmasını istəyib. Belə ki, Məharət Hüseynovun həyat yoldaşı noyabrın 28-i özünə məxsus avtomobili idarə edən zaman 99-VM-967 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü öncə manevr qaydasını pozaraq ona təhlükə yaradıb. Həmin vaxt avtomobildə 7 və 14 yaşlı azyaşlı övladları da olub. Yaşanan təhlükədən sonra xanım kəskin tormozlama etməyə məcbur olub. Bu zaman isə avtomobildəki uşaqlar qorxuya düşüb. Daha sonra isə sürücü yol boyu ziqzaqvari hərəkətlər edərək yolda bir neçə avtomobilə təhlükə yaradıb. Xanım sürücü yaşadıqları mənzilə çatmağa az qalmış həmin sürücünün yolun kənarında dayanmasını görüb. Etdiyi hərəkətlərə görə ona irad bildirən zaman, sürücü xanımı təhqir etməyə başlayıb. Təbii ki, anasının təhqir edildiyini görən 14 yaşlı oğlan övladı avtomobildən düşüb. Bu zaman sürücü anasının gözü qarşısında həmin 14 yaşlı azyaşlını boğmağa başlayıb. Avtomobildə olan digər 7 yaşlı uşaq bunu görən zaman qorxudan qışqırıb və hələ də hadisənin şokundan çıxmayıb. Xoşbəxtlikdən həmin zaman oradan keçən vətəndaşlar hadisəyə biganə qalmayaraq köməyə gəlib və ağır faciənin baş verməsinin qarşısını alıblar.
Məharət Hüseynov artıq bu barədə Daxili İşlər Naziri cənab Vilayət Eyvazova da şikayət məktubu ünvanlayıb. O bildirir ki, onun həyat yoldaşı və azyaşlı övladlarına təhlükə yaşadan bu sürücü barədə müvafiq tədbir görülməsə, azadlığı məhdudlaşdırılmasa sabah hansı qadına, hansı azyaşlılara qarşı nələr edə biləcəyini bilmək olmaz.
Ümid edirik ki, həmin sürücü barədə tezliklə ciddi tədbirlər görüləcək.
Təbriz
Masazır dairəsində "ağıllı" sürücülərə görə hərəkətin təşkili dəyişdirilməlidir - VİDEO
Balaxanı-Mehdiabad yolunda təhlükəli ötmə sürücünü çıxılmaz vəziyyətə saldı - VİDEO
Bir maşın qabağa keçmək üçün kobud qayda pozdu - 77-PB-096 - VİDEO
Yolu kəsən sürücü sonra da özünü haqlı çıxarmağa çalışdı - VİDEO
Qəza şəraiti yaradan sürücü hərəkət zamanı qapını açıb qışqırdı - VİDEO
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO












