Svetofora və maşınlara baxmadan yolu keçən 2 gənc qız son anda... - VİDEO

Bakıda özünü təhlükəyə atan piyadaların görüntüsü anbaan avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Hüseyn Cavid prospekti ilə Ayna Sultanova küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, Ayna Sultanova küçəsində hərəkət edən avtomobillərə yaşıl işıq yanarkən, iki gənc qız svetoforun işığına məhəl qoymadan yolu keçməyə başlayıblar. Bu zaman əks tərəfdən gələn avtomobilin qarşısına çıxaraq özlərini təhlükəyə atıblar.
Yollarda baş verən qəzaların arasında piyada vurma halları da kifayət qədərdir. Bunun başlıca səbəblərindən biri piyadaların yolu nəzərdə tutulmayan yerdən keçməsi və qaydaları kobud şəkildə pozmasıdır. Piyada ölümlərinin qarşısını almaq üçün hər bir valideyn evdə övladını maarifləndirməli, yol hərəkəti qaydalarını sadə dildə onlara izah etməlidir. Eyni zamanda yolda gedərkən öz hərəkətləri ilə övladına nümunə olmalıdır.
Həmçinin təhsil müəssisələrində çalışan müəllimlər dərsin sonunda ən azı 2-3 dəqiqə şagirdlərlə, tələbələrlə bu mövzuda danışmaqda maraqlı olmalıdırlar. Yalnız profilaktiki danışıqlar və təbliğat sayəsində irəliləyiş əldə etmək mümkün olacaq.
Nərminə Əli
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












