“Taksi duracaqları olan hissələrə kamera qoyulsa, sürücülər çəkinər” – ŞİKAYƏT - VİDEO

Paytaxda tez-tez yol hərəkəti qaydalarının pozulduğu ərazilərdən biri məhz Yasamal rayonudur. Burada sürücülərin avtomobillərini harda gəldi, necə gəldi saxlamaları digər nəqliyyat vasitələrinin idarəçilərinin hərəkətini çətinləşdirir.
Avtosfer.az xəbər verir ki, rayonun Bəsti Bağırova küçəsi fərdi avtomobil idarəçilərinin vaxtaşırı yol nişanlarının tələbinin hər gün pozulduğu məkana çevrilib.
Ərazidən saytımızın sosial şəbəkə hesabına video göndərən taksi sürücüsü deyir ki, burada taksi fəaliyyəti ilə məşğul olmaq mümkünsüz hal alıb. Belə ki, məşhur supermarketlərdən birinin yaxınlığında taksi duracağı nişanı quraşdırılsa da, marketə girib dəqiqələrlə alış-veriş edənlər taksilər üçün ayrılmış duracağı hər dəqiqə, hər saat zəbt edir.
“Siz təsadüfən bu ərazidən keçsəz, məhz bu duracağa fikir versəz, görərsiz ki, orda günün heç bir saatı, az qala dəqiqəsi taksi dayanmayıb. Hər dəfə “İnşaatçılar”dan, ya da “Elmlər Akademiyası”ndan “Caspian Plaza”ya sərnişin gətirəndə, xəritə bu küçədən getməyi məsləhət görür. Bura da yaxınlaşıram ki, saxlayam maşını, sərnişin düşsün, dolu olur. Məcbur olub, gedib bir də Cəfər Cabbarlı küçəsinin aşağısında ya saxlamalıyam, ya da binanın başına fırlanıb “Caspian”ın qabağına gəlməliyəm. Çünki yolun sağında da avtobus zolağı var, saxlamaq olmur. Taksi duracağında başqa avtomobillərin saxlamağına görə qanunda cərimə var. Bu sürücülər cərimələnmir, ya nədir? Heç mi bu hərəkətlərindən dərs çıxarmırlar? Məsələ bundadır ki, o taksi duracağında, bir az yuxarıda parkinqlər var, ara məhəllələr var. Belə sürücülər gərək mütləq marketin qabağında, taksi duracağında saxlayalar?! Bir də görürsən ki, saxlanılan maşının sürücüsü qadındır. Adam söz deməyə də utanır. Ya da ki, yaxınlaşırsan maşına ki, söz deyəsən, görürsən sürücü maşında yoxdur. Mənim ora yaxınlaşan zaman dayanmağım, gözləməyim arxadan gələn maşınlara da çətinlik yaradır. Hamısı sürməyim üçün siqnal verir.”
Sürücünün göndərdiyi videoda da 99-NN-595 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sentyabrın 2-si saat 11:00-11:30 radələrində avtomobili marketin önündəki taksi duracağında parklandığı aydın şəkildə görünür. Vətəndaş bildirib ki, avtomobili yuxarıda parkinqdə, yaxud ara küçələrdə də saxlayıb 20-30 metr yerimək mümkündür. Bununla yanaşı, taksi duracaqları olan ərazilərə də kamera qoyulsa, yaxşı olar, sürücülər saxlamaqdan çəkinər.
Səfər
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT
Qoşa xətdən ötmə edən sürücü maşının önünə keçib qəfil tormoz verdi - VİDEO
Biri qəza şəraiti yaratdı, digəri motosikleti vurub getdi – ŞİKAYƏT - VİDEO
Sumqayıtda məktəbin önündə piyada və sürücüləri bu təhlükə gözləyir - VİDEO
Öz kefinə maşın sürüb motosikletçini özündən çıxardı: “Belə sürürəm, sonra?” - VİDEO
Qoşa xətdən təhlükəli ötmə edən sürücü qəza şəraiti yaratdı - VİDEO
Piyadalara məhəl qoymayan sürücü əks yola çıxıb ikiqat təhlükə yaratdı - VİDEO
Piyadalara üztanıma vasitəsilə cərimə yazılır? - RƏSMİ AÇIQLAMA - VİDEO
Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanılıb - VİDEO












