Tanınmış iş adamı yol hərəkəti qaydalarını belə pozdu - FOTO - VİDEO

Tanınmış bloqqer Məryəm Novruzi sosial şəbəkə hesabında atası məşhur iş adamı Fərid Novruzi ilə söhbətini əks etdirən növbəti video paylaşıb.
Avtosfer.az Editor.az-a istinadən xəbər verir ki, videoda diqqət çəkən bir məqam sosial şəbəkə istifadəçilərinin ciddi narazılığına səbəb olub. Bloqqerin paylaşdığı videoda onun atası Fərid Novruzinin sükan arxasında yol hərəkəti qaydalarını dəfələrlə pozması faktı qeydə alınıb.
Videoda görünür ki, “Novco” şirkətlər qrupunun rəhbəri və Azərbaycan Çimərlik Futbol Federasiyasının sədri Fərid Novruzi avtomobil idarə edərkən diqqətini qızı ilə söhbətə yönəldir, telefonla məşğul olur və bəzi hallarda hər iki əlini sükandan çəkir.



Şübhəsiz ki, bu hərəkətlər həm onun və ailə üzvlərinin, həm də digər yol iştirakçılarının təhlükəsizliyi üçün ciddi risk yaradır.
Ekspertlər bildirir ki, hərəkətdə olarkən telefondan istifadə etmək, diqqəti yayındırmaq və ya sükandan əl çəkmək qəzaya səbəb ola biləcək əsas amillərdəndir.
Bundan başqa Fərid Novruzinin sükan arxasında diqqətini yayındırması, telefonla məşğul olması və əllərini sükandan çəkməsi həm “Yol hərəkəti təhlükəsizliyi haqqında” qanunun müvafiq tələblərinin, həm də inzibati xətalar üzrə qaydaların pozulması deməkdir.
Sosial şəbəkə istifadəçiləri əyləncə videoları fonunda nüfuzlu şəxslər tərəfindən belə davranışların nümayiş etdirilməsinin gənclər üçün pis örnək olduğunu qeyd edirlər.
Hazırki vəziyyət yol hərəkəti qaydalarına ciddi əməl edilməsinin vacibliyini bir daha gündəmə gətirir və tanınmış şəxsləri nümunəvi davranış sərgiləməyə çağırır.
Mətbuatda yayılan və təkzib edilməyən məlumata görə, Fərid Novruzinin qardaşı Elsel Novruzi Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin kürəkənidir. Elsel Novruzi də “Novco” Şirkətlər Qrupuna ortaqdır.
İkisi də qayda pozdu; üzr istəmək əvəzinə qışqırıb özünü haqlı saydı - VİDEO
Qəzaya düşən deputat KİMDİR?
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO












