“VAZ”ın dönmə işıqlarının başına oyun açıb videolarını yayımladı - Polis saxladı - VİDEO

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücü aşkar edilib. DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Avtosfer.az-a bildirib ki, yol hərəkəti qaydalarını kobud surətdə pozaraq bu görüntüləri sosial şəbəkələrdə paylaşan sürücü 23 yaşlı A.Kərimovun barəsində inzibati tənbeh tədbiri görülüb.
***
Qusar rayonu ərazisində yol hərəkəti qaydalarını pozan sürücü videolarını sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 40-BT-648 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü yolda lüzumsuz manevrlər edib. Digər görüntüdə isə onun nəqliyyat vasitəsinin işıq cihazlarına müdaxilə etdiyi aydın görünür. Belə ki, sürücü avtomobili dönmə işıqları daim yanılı vəziyyətdə idarə edib. Bundan əlavə, o, maşının konstruksiyasına dəyişiklik edərək arxa yayları kəsib və ön hissəni qaldırıb.
Qeyd edək ki, xüsusilə “VAZ” tipli avtomobillərdə belə müdaxilələr geniş yayılıb. Lakin qanunvericiliyə əsasən, nəqliyyat vasitəsinin işıq cihazlarına dəyişiklik edilməsi, eyni zamanda konstruksiyanın normativ tələblərdən kənar şəkildə dəyişdirilməsi ciddi qayda pozuntusu sayılır və inzibati məsuliyyət yaradır.
Nərmin
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












