“VAZ”ın konstruksiyasına müdaxilə edib qaranlıqda təhlükə saçan sürücü - 90-FJ-213 - VİDEO

Yol hərəkəti qaydalarını pozan sürücü özünü videoya çəkərək “TikTok” sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az-ın məlumatına görə, 90-FJ-213 dövlət nömrəli “VAZ-2107” markalı avtomobilin sürücüsü günün qaranlıq saatlarında maşının ön yaxınvuran işıqlarını yandırmadan hərəkət edib. Videonun digər kadrlarında sürücünün işıq cihazlarına müdaxilə edərək qəza dayanma işıqlarını yandırdığı və avtomobilin arxa yaylarını kəsib ön hissəsini qaldırdığı açıq-aydın görünür.
Qaranlıq vaxtı qabaq yaxın işıqlarının işlədilməsi sürücünün görmə məsafəsini təmin edir və piyadaları, həmçinin qarşıdan gələn nəqliyyat vasitələrini vaxtında görməyə imkan verir. İşıq cihazlarına qeyri-qanuni müdaxilə (onları zəiflətmək, qəza-dayanma işıqlarını saxta şəkildə işlətmək və ya konstruksiyanı dəyişdirmək) nəinki digər yol iştirakçılarını təhlükəyə atır, həm də inzibati (və ağır hallarda cinayət) məsuliyyətə səbəb ola bilər. Sürücülər avtomobilin işıqlandırma sistemini istehsalçının tövsiyələrinə uyğun saxlamalı, gecə və ya zəif işıqlı şəraitdə yaxın və uzaq işıqlarından düzgün istifadə etməli və təhlükəsizlik qaydalarını pozan davranışlardan çəkinməlidirlər.
Nərmin
Avtoxuliqanlıq edən sürücülər həbs olundu - FOTO - VİDEO
Sarı torda qalmamaq üçün qayda pozub qəza şəraiti yaratdı - VİDEO
Polis nizamsız manevrlər edən avtomobili saxladı; 15 yaşlı sürücü içkili çıxdı - VİDEO
Sumqayıtda avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO
Bunu edənlər avtoxuliqan hesab olunacaq - Sürücülərə vacib xəbər
Gecə saatlarında “VAZ” sürücüləri sürət yarışına çıxdı - VİDEO
Sürət həddini aşmayan sürücü 60-lıq yolda 100-lə radara düşdü - VİDEO
Bakıda “Mercedes” sürücüsü piyada və avtomobilə təhlükə yaratdı - VİDEO
Qarşıdan gələn maşına yol verməyən sürücü qəza şəraiti yaratdı - VİDEO
Taksidə POS-terminal yoxdursa, nə etmək lazımdır? - AÇIQLAMA
Tıxacda gözləməyə səbri çatmayan 194-ün sürücüsü əks yola çıxdı - VİDEO










