Yeddi zolaqlı yolu kəsib keçən “Galendewagen” qəza törətdi – ekspertdən ŞƏRH – REAL VİDEO

Bakıda kobud şəkildə qayda pozan sürücü müşahidə kameralarında görüntülənib. Avtosfer.az xəbər verir ki, qayda pozuntusunu əks etdirən video paytaxtın “Neftçilər” prospektində qeydə alınıb.
Belə ki, təhlükəsizlik qaydalarına əməl etməyən “Mercedes Galendewagen” markalı avtomobilin sürücüsü 7 zolaqlı mərkəzi küçədə irəliləyərkən anidən ən sol zolaqdan sağa – Ağ şəhər bulvarı istiqamətinə dönərək təhlükəli manevr edib. Bu zaman arxadan gələn digər nəqliyyat vasitəsinin yoluna çıxaraq qəza törədib.
Avtosfer.az məsələ ilə bağlı nəqliyyat üzrə ekspert, Elməddin Muradlının fikirlərini öyrənib. O bildirib ki, sürücülər manevr edən zaman dönmə siqnallarından istifadə etməli, təhlükəsizliyi təmin etməlidirlər. Ekspert həmçinin qəza siqnallarından doğru istifadə etməyən sürücülərə də müraciət edərək şərhinə əlavə edib: “Qəza şəraiti yaradan bəzi sürücülər dönmə siqnalını yandıraraq özlərini haqlı hesab edirlər, bu siqnalın hərəkətin digər iştirakçıları üçün xəbərdarlıq xarakterli olduğunu unudurlar.”
Şərh olunan videonun real görüntülərini təqdim edirik:
Qeyd: Bu video “Yol hərəkəti təhlükəsizliyi: hüquqi yardım və maarifləndirmə” layihəsi çərçivəsində hazırlanıb.
Nərminə Əli
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB











