Yol polisi avtomobili ödənilməmiş cəriməyə görə duracağa apara bilərmi?

Bu gün əməkdar artist Elza Seyidcahanın avtomobili ödənilməmiş cərimələri olduğu üçün cərimə meydançasına aparılıb. Sürücülərin də tez-tez şikayət etdiyi məsələlərdən biri də ödənməmiş cəriməyə görə yol polisi tərəfindən saxlanan zaman avtomobilin cərimə meydançasına aparılmasıdır. Sürücülər çox zaman cərimədən xəbərdar olmadıqlarını əsas gətirirlər. Həmçinin əlavə vaxt itkisinə səbəb olan bu prosesdən narazılıq edirlər.
Bəs görəsən cərimə olarsa avtomobil mütləq şəkildə cərimə meydançasına getməlidirmi?
Əvvala onu qeyd edək ki, cərimələrdən xəbərdar olmaq üçün ölkədə bir neçə sistem var. Bunlardan ən böyüyü "AsanPay" xidmətidir. Sadəcə, qeydiyyatdan keçməklə cərimələrdən vaxtında xəbərdar olmaq, eyni zamanda onlayn şəkildə cəriməni ödəmək mümkündür. Bu, həm də sizə istənilən anda, istənilən yerdə telefon vasitəsilə cəriməni ödəmək imkanı yaradır.
Əgər sürücü barəsində cərimə tətbiq edilməsi barədə qərar varsa və bu, ona rəsmi şəkildə çatdırılıbsa, proses bundan sonra başlaya bilər. Qərarın qüvvəyə minməsi, üzərindən iki aydan çox vaxt keçməsi halları, eyni zamanda nəqliyyat vasitəsinin saxlanılaraq duracağa qoyulması barədə rəsmi qərarın olması zəruridir. Məhz bundan sonra yol polisi sürücünü saxlaya bilər. Amma sürücü cəriməni yerində ödəyə bilirsə, o zaman avtomobil duracağa aparılmır. Sürücü cəriməni yerində ödəyə bilmədikdə, hər hansı digər mübahisəli hallar olduqda isə avtomobil yol polisi tərəfindən duracaqla təmin oluna bilər.
Qanunvericilikdə cərimənin ödədirilməsi üçün polis postlarının qurulması, nəzərdə tutulmayıb. Yəni bir neçə patrul avtomobilin bir yerdə dayanaraq reyd keçirməsi, qanunvericilikdə yoxdur. Sadəcə, YPX əməkdaşları gündəlik xidmətləri zamanı bu cür hallarla qarşılaşdıqda cərimənin ödənməsini təmin etməlidirlər.
Fidan
Toy karvanında "avtoş"luq edən sürücü HƏBS EDİLDİ
Birbaşa əsas yola çıxan sürücü maşının qarşısını kəsib təhlükə yaratdı - VİDEO
İşıqforu heçə sayan sürücü dayanmadan keçdi - 99-OF-555 - VİDEO
Bakıda parklanma xaosu: Avtomobillər bir-birinin çıxışını çətinləşdirdi – VİDEO
Özünü maşınların önünə atan piyada təhlükəli anlar yaşatdı - VİDEO
Kəmər taxmır, əllərini də sükandan çəkib "Tiktok" üçün video hazırlayır - VİDEO
Bütöv xətti tapdalayan sürücü tuneldə də qayda tanımadı - VİDEO
Öz rahatlığını düşünən sürücü qaydaları kobud şəkildə pozdu - VİDEO
Sağlamlığı qaydasında olmayan ananın yoldakı faciəsi – Ərşad Hüseynov dəhşətli qəzanı şərh etdi - VİDEO
Sürücü zolaqları kəsə-kəsə ən sağa keçib təhlükə yaratdı - VİDEO
Necə gəldi ötmə edən sürücü dəfələrlə qəza təhlükəsi yaratdı - VİDEO










