Yol polisi velosiped və moped sürücülərinə cərimə yaza bilərmi?

Bəzən belə bir təəssürat yaranır ki, velosiped və mopedi sürücülük vəsiqəsi olmadan idarə edirlərsə qanunda onlar üçün hər hansı cərimə nəzərdə tutulmayıb. Bir çox hallarda isə velosiped, xüsusilə də moped sürücüləri qaydaları kobud şəkildə pozurlar. Bəs görəsən qanunvericikdə bu sürücülər üçün hansı cəza tədbirləri var? Yol polisi velosiped və moped sürücülərinə cərimə tətbiq edə bilərmi?
İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsi velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması barədədir. Belə ki, bu sürücülər
- svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;
- sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;
- yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;
- sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə;
- nasaz velosipeddən istifadə etməyə;
- piyadaların hərəkətinə maneə yaradılmasına;
- keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə qırx manat məbləğində cərimə edilir.
Orxan
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












