Yol polisindən qaçan sürücü özünü kolluğa vurdu - VİDEO

Yol polisi əməkdaşlarının "saxla" işarəsinə tabe olmayan sürücü həmin anları videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, "saxla" işarəsi verilən sürücü polisin qanuni tələbinə məhəl qoymadan məsuliyyətdən yayınmağa çalışıb. O, qarşısının kəsildiyini görən zaman torpaq yola keçərək qaçmağa cəhd göstərib.
Sürücünün qayda pozub tabe olmaması azmış kimi, paylaşdığı videonun üzərinə polislərin ona hörmətsizlik etdiyini qeyd edib. Lakin videodan da aydın şəkildə görünür ki, hörmətsizliyi edən sürücüdür. Polisə tabe olmur, üstəlik bu hərəkətini fəxrlə videoya çəkərək sosial şəbəkədə paylaşır.
Qeyd edək ki, polisin harada "saxla" işarəsi verməsindən asılı olmayaraq onların qanuni tələbini dərhal icra etmək hər bir sürücünün borcudur. Hətta "saxla" işarəsi qayda pozuntusu olmadığı halda verilmiş olsa belə dayanaraq polisi dinləmək və onun qanuni tələblərinə əməl etmək zəruridir.
Nərminə Əli
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












