Yol polisinin gözü qarşısında "protiv" gedən sürücü saxlanıldı və məlum oldu ki... - VİDEO

Yolda hərəkət edən sürücünün təhlükəli və qorxunc hərəkətləri barədə məlumat dərc etmişdik. Xəbər verdiyimiz kimi dekabrın 21-i saat 20:55 radələrində Bakı-Sumqayıt yolunda (Ər-Riyad ticarət mərkəzinin yanında) sürətli yolda əks istiqamətə çıxan avtomobilin sürücüsü axına qarşı hərəkət edərək digər avtomobillərin üzərinə sürüb.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis mayoru Namidan Piriyev Avtosfer.az-a açıqlamasında bildirib ki, qaydaları pozaraq təhlükəli hərəkətlər edən avtomobilin sürücüsü həmin vaxt ərazidə xidmət aparan yol polisləri tərəfindən saxlanılıb. Məlum olub ki, 75-BD-707 qeydiyyat nişanlı “Naz Lifan” markalı avtomobilin sürücüsü Şahverdiyev Azər Zəhmət oğlu sükan arxasında sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan avtomobili idarə edib. Bu səbəblərə görə avtomobil mühafizə olunan duracağa təmin edilərək sürücü barəsində inzibati məsuliyyət tədbirləri görülüb.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












