Yol polisinin saxladığı maşın dayandığı yerdə radara düşdü – DYP sildi - FOTO

Yevlax-Zaqatala-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunda dayanan yük maşını radara düşüb. Bu barədə sürücü Avtosfer.az-a şikayət ünvanlayıb. O bildirir ki, idarə ediyi 99-EX-972 qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili ilə sentyabrın 12-də sözügdən yolda hərəkət edərkən yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Bu zaman yolda olan radar vasitəsi ilə onun barəsində protokol tərtib olunub. Qərarda qeyd olunub ki, dayanan avtomobil 96 km/saat sürətlə hərəkət edib. Fotodan da aydın şəkildə görünür ki, radara düşən ağ rəngli yük avtomobili yolun kənarında dayanıb. O, bu məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi ərizə ilə müraciət etdiyini bildirir.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, sürücünün müraciəti idarəyə daxil olub. Həmin məsələ ilə bağlı araşdırma aparılıb və tərtib olunmuş qərara xitam verilib.
Leyla
Svetofora baxmayan sürücü qırmızı işıqda keçdi - VİDEO
Təcili yardım maşınlarının sürücüləri təlimlərə cəlb edilməlidir – ELMƏDDİN MURADLI
Baş yoldakı maşını gözləməyən avtobus sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Kəmər taxmağı özünə ayıb bilən müğənni telefon əlində maşın sürdü - VİDEO
Dəfələrlə gözüyumulu ötmə edən sürücü piyadaya da təhlükə yaratdı - VİDEO
Abşeronda yol polisi reyd keçirdi; sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Xaçmazda toy karvanında "avtoş"luq edən sürücü həbs edildi - FOTO
Maşınını enli səkidə park edib piyadalara yer qoymadı - 77-RD-610 - FOTO
Tanınmış bloger atasına yazılmış cəriməyə görə DYP-yə təşəkkür etdi - VİDEO
Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib - VİDEO
Sürücüyə qayda pozmağı öyrədən təlimçi xanım özünü ifşa etdi - VİDEO













