Yolu keçmək istəyən piyada maşının qarşısına yıxıldı - VİDEO

Bakıda piyadanın təhlükəli hərəkəti avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, payataxt küçələrinin birində yolun qadağan olunmuş hissəsindən digər tərəfə keçmək istəyən piyadanın ayağı sürüşərək avtomobilin qarşısına yıxılıb. Bunu görən sürücü dayanaraq piyadanı vurmaqdan son anda yayınıb.
“Yol Hərəkəti Haqqında Qanun”da qeyd olunub ki, piyada keçidi olmayan yerlərdə piyadalar ayırıcı zolaq olmayan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən yolu düzbucaq altında keçməlidir. Videodakı sürücü ayırıcı zolağın üzərindən keçdiyi üçün qaydaları pozmuş sayılır.
Piyadalara tövsiyə edirik ki, yolu keçərkən piyada keçidlərindən, keçid olmadıqda isə yolun təhlükəsiz və icazə verilmiş hissəsindən keçsinlər.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












