“Zerkalnı Əliyar”ın vəsiqəsi əlindən alındı - 20-dən çox balı var - VİDEO

Bakıda yol hərəkəti qaydalarını mütəmadi olaraq pozduğu üçün tez-tez gündəmə gələn 77 yaşlı Əliyar Dadaşovun sürücülük vəsiqəsinə məhdudiyyət qoyulub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, son aylarda yol hərəkəti qaydalarını ardıcıl pozan, digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradan 10-MM-100 dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobilin sürücüsünün nəqliyyat vasitələrini idarəetmə hüququ verən sənədi bu gün qüvvədən düşüb. Belə ki, Əliyar Dadaşovun bir neçə ay ərzində 20 ballıq qayda pozuntuları aktlaşdırılıb və İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi əsasında bu gün onun vəsiqəsinə bir il müddətinə məhdudiyyət tətbiq edilib.
Mövcud qanunvericiliyə əsasən, bu kimi hallarda sürücü təyin edilmiş qadağa müddəti başa çatandan sonra yenidən təcrübi imtahan verərək nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi əldə edə bilər.
Qeyd edək ki, son aylarda Əliyar Dadaşovun törətdiyi qayda pozuntuları ilə bağlı bir neçə dəfə görüntülər ictimailəşib.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












