«07» iki qadını vurdu, biri öldü

Bu gün axşam saatlarında Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın apa-ya istinadən verdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən “VAZ 2107” markalı avtomaşın yolun kənarında dayanan iki qadını vurub. Qəza nəticəsində Xaçmaz rayonu, Qusarçay kənd sakinləri, 1953-cü il təvəllüdlü Piriyeva Güllü Qəzənfər qızı və 1956-cı il təvəllüdlü Qədirova Qızbəs Nurbala qızı ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Bu saatlarda əldə etdiyimiz məlumata görə, qəzada xəsarət alan qadınlardan biri ölüb. 21 yaşlı Xaçmaz rayon sakini Hüseynov Mahir Həsənağa oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla vurduğu 1956-cı il təvəllüdlü Qədirova Qızbəs Nurbala qızı dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












