ABŞ-da təyyarə qəzası nəticəsində 4 nəfər ölüb - FOTO
Qəzalar
9 Oktyabr 2021 11:00

ABŞ-ın Corciya ştatındakı hava limanı ərazisində birmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
Bu barədə yerli “FOX 5” telekanalı De-Kalb dairəsinin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
“Cümə günü günortadan sonra De-Kalb-Piçtri hava limanında baş verən qəzadan sonra yanan təyyarənin göyərtəsində 4 nəfər olub. Onların hamısı ölüb”, - deyə yanğınsöndürmə xidmətindən bildirilib.
Telekanalın məlumatına görə, qəzadan sonra hava limanı bağlanıb. Təyyarədə olan sərnişinlərin kimliyi hazırda açıqlanmır.
ABŞ Federal Mülki Aviasiya İdarəsi və Milli Nəqliyyatda Təhlükəsizlik Şurası hadisəni araşdırır.
Oxunub : 888
DİGƏR XƏBƏRLƏR
9 Oktyabr 2026 09:53
Ağır qəza baş verdi; yaralılar var - VİDEO
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
8 Oktyabr 2026 11:24
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
8 Oktyabr 2026 10:11
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
8 Oktyabr 2026 10:06
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
7 Oktyabr 2026 16:26
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
7 Oktyabr 2026 15:30
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
7 Oktyabr 2026 12:30
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
7 Oktyabr 2026 09:41
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
6 Oktyabr 2026 17:46
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
6 Oktyabr 2026 17:30
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
ŞƏRH YAZ














